AZ

İsrail 7 oktyabr hücumunun təşkilatçısını məhv etdi

İsrail ordusu “İslami Cihad” təşkilatının Qəzza zolağının Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan komandirlərindən birini məhv edib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “İslami Cihad” strukturunun yüksək rütbəli döyüşçüsü, “Rəfah” briqadasına komandirlik edən Ayman Zaarab səhər saatlarında İsrail qırıcılarının endirdiyi zərbələr nəticəsində daha iki döyüşçü ilə birlikdə öldürülüb.

Qeyd edilir ki, Zaarab 2023-cü il oktyabrın 7-də fələstinli radikalların İsrailə hücumu zamanı “İslami Cihad”ın xüsusi qüvvələrinə komandanlıq edib

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
24
Mənbələr
Şərh ()
Bağla