AZ

Ceyhun Bayramov İƏT-in 15-ci İslam Sammitində çıxış edib (FOTO)

Bakı. Trend:

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəriçərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslamSammitində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İƏT çərçivəsində birlikvə əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsinümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazirCeyhun Bayramov, İƏT sədrliyini təhvil alan Qambiyanı təbrikedərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi vəirəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.

Sammitin mövzusu “Daha Yaxşı Gələcək üçün Birlik və Əməkdaşlığ”auyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslamdünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədəhəmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb.

Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız İslamofobiyameylləri, habelə müqəddəs Qurani-Kərimin yandırılma aktları iləmübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqininəhəmiyyəti qeyd olunub.

Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizinmüxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlıdünya quruculuğunu dəstəklədiyi bildirilib.

Keçmiş işğal dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünəmünasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyiniməmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, Azərbaycanın daİƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsindəmünaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyinidiqqətə çatdırıb.

Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstinməsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həllyolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçünağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlıdəstək göstərdiyi qeyd edilib.

İƏT çərçivəsində müxtəlif, o cümlədən iqtisadi inkişaf, təhsil,səhiyyə, mədəniyyət kimi sahələrdə əməkdaşlığın məmnunluqdoğurduğu, habelə birgə fəaliyyət üçün digər istiqamətlər üzrə dəgeniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə,ölkəmizin öz enerji portfelini genişləndirərək ənənəvi enerjimənbələrindən külək, günəş, su kimi alternativ mənbələrə keçidistiqaməti tutduğu, habelə öz strateji mövqe və infrastrukturimkanlarını bağlantılar sahəsinə yönəltdiyi bir dövrdə İƏTdövlətləri ilə bu sektorlarda əməkdaşlığın inkişafında maraqlıolduğumuz bildirilib.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə mövcud regionalvəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdəaparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədənmina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə sonirəliləyişlər barədə ətraflı məlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) sədrliyimizdən bəhs edənnazir Ceyhun Bayramov, qlobal iqlim dəyişikliyindən ən çox əziyyətçəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədəvahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyininəhəmiyyətini vurğulayıb.

Sonda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş YekunKommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpaetməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraqAzərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistanarasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlıtanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, buistiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dairçağırış edilib.

Kommunikedə, həmçinin İƏT-in “Ermənistan RespublikasınınAzərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nunadının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşıtəcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”adəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha İslam irsnümunələrinin dağıdılmasına görə qınanılıb.

Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindənqovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, buistiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslamSammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə,həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyatakeçirilməsində əməkdaşlığa çağırış olunub.

Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkilolunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununkeçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusiləTəhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin dahaədalətli bölgüsünə çağırış edib.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
22
az.trend.az

3Mənbələr