AZ

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Cənubi Koreyada Seulun mərkəzi ilə onun ətrafı arasında səyahət vaxtını azaldacaq yüksək sürətli qatar işə salınır. Layihə müəllifləri ümid edirlər ki, bu dəmir yolu daha çox gənci şəhərdən kənarda yaşamağa və uşaq sahibi olmağa təşviq edəcək.

Valyuta.az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreya dünyada ən aşağı doğum səviyyəsinə malikdir və gənclər tez-tez ailə qurmaqdan və uşaq sahibi olmaqdan imtinanın səbəbini işə getmə üçün uzun yol qət etməkdə görürlər. Onlar ölkə əhalisinin təxminən yarısının yaşadığı Seuldakı kiçik və bahalı mənzillərin ailə qurmaq üçün namünasib olduğunu deyirlər.

Seulda doğum səviyyəsi ölkə üzrə orta göstəricidən aşağıdır və hökumət subsidiyalar hesabına yeni doğulan uşaqların sayını artırmağa çalışır.

Səlahiyyətlilər indi ümidlərini 134 trilyon von (99,5 milyard dollar) dəyərində olan “Böyük eXpress qatar” (GTX) layihəsinə bağlayırlar. Bu layihə 2035-ci ilə qədər Seulu bir neçə ucqar rayonla birləşdirəcək altı xəttə qədər genişləndiriləcək.

Cənubi Koreyanın Prezidenti Yun Sok Yol cümə axşamı günü Suso stansiyasından peyk şəhəri olan Dongtana avtobusla gediş vaxtını 80 dəqiqədən 19 dəqiqəyə endirəcək birinci sürət qatarı xəttinin bir hissəsinin açılışını edib. O bildirib ki, səyahət vaxtının azaldılması insanlara səhərlər və axşamlar ailəsi ilə daha çox vaxt keçirməyə imkan verəcək.

Rəsmilər bildiriblər ki, xəttin şənbə günü istifadəyə veriləcəyi gözlənilir və tam işə salındıqdan sonra GTX qatarların saatda 180 km sürətlə hərəkət etdiyi dünyanın ən sürətli yeraltı sistemlərindən biri olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22986
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14084
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11359
Helikopterin qalıqları tapılıb
8993
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7996
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6987
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4794
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3840
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3549
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2078
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1618
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1595
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355