Türkiyəli məşhur aktrisa və müğənni Serpil Çakmaklı illər əvvəl xəyanətə uğradığını etiraf edib.
Gökay Kalaycıoğlu yutub layihəsinə qonaq olan aktrisa ərinin ona dostunun evində xəyanət etdiyini bildirib:
"Mən güclü insan olduğum üçün cəmi 1 ya da 2 gün kədərlənirəm. Çox duyğusalam. Gördüyüm hadisə həzm edə bilməyəcəyim birşeydirsə, nə qədər sevsəm də, onu həyatımdan çıxarıram. Həyatında bir daha olmuram. Xəyanəti gözlərimlə gördüm, özü də dostunun evində...".
![](http://baku.ws/uploads/posts/2024-05/1714810183_serpil-u3wt_cover.webp)
"Yeşilçam" ulduzunun bu etirafı sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Xatırladaq ki, Serpil Çakmaklı ilk dəfə 16 yaşında, yəni 1978-ci ildə model Mert Çakmaklı ilə evlənib. Onlar sadəcə 6 ay evli qalıblar. Aktrisa ikinci dəfə 1990-cı ildə iş adamı Can Apa ilə ailə qurub. Bu evlilik də iki il çəkib.
Üçüncü dəfə isə 1993-cü ildə evlənib. Aktrisa həmkarı Yalçın Dümer ilə ailə qurub. İki il sonra Serpil bu həyat yoldaşından da boşanıb.
Cütlüyün bu evlillikdən Merve adlı bir qızları dünyaya gəlib. /BAKU.WS/