AZ

Çiyələyin qiyməti - 1 MANATA DÜŞDÜ - VİDEO

Mövsümün əvvəlindən 3 manata satılan çiyələyin qiyməti iki həftə ötməmiş 1 manata düşüb.

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb

FED.az xəbər verir ki, fermerlər deyir ki, məhsul bol olsa da qiymət çox aşağıdır. Bu da çəkilən zəhmətin dəyərini ödəmir.

Cəlilabaddan çiyələk əsasən Rusiya bazarlarına ixrac olunur. Fermerlərin sözlərinə görə, bir-neçə gündür ki, Rusiya bazarlarında tıxac əmələ gəlib. Bu daxili bazara da öz təsirini göstərib. Buna görə də paytaxt bazarlarında çiyələk bolluğu müşahidə olunur.

Cəlilabadlı fermerlər deyir ki, hazırda toplanan məhsul çeşidinə görə xarici bazara 1 manat, daxili bazar üçün isə 80 qəpiyə satılır.

Onların bildirdiyinə görə  əkindən qazanc  əldə etmək üçün çiyələyin hər kiloqramını azı 2 manata satmalıdırlar. Hələlik isə alver zərərlə tamamlanır. (Xezerxeber.az) 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
8
Mənbələr
Şərh ()
Bağla