AZ

Premyer Liqa: “Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Son turda hər iki komanda qalib gəlib. Xüsusilə Sumqayıtın eyniadlı təmsilçisi uğurlu seriya sayəsində hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 50 xalı olan komanda mövqeyini qorumaq üçün Gəncə təmsilçisinə mütləq qalib gəlməyə çalışacaq. Ötən tur elitadakı yerini təmin edən “Kəpəz” isə üst pillələrə çıxmaq üçün “Sumqayıt”la matçda xal və xallar qazanmaq arzusundadır.

“Kəpəz”lə “Sumqayıt” daha öncə 27 oyunda qarşılaşıblar. Bu oyunlarda gəncəlilər 7, sumqayıtlılar 11 qələbə qazanıblar, 9 heç-heçə qeydə alınıb. “Sumqayıt” son 6 matçda qol vurub. “Kəpəz” son 5 ev oyununda qələbə qazanmayıb.

Günün digər oyunu milli çempionatımızın daimi iki iştirakçısı – “Qarabağ”la “Neftçi” arasında baş tutacaq. İnqilab Məmmədovun idarə edəcəyi oyunda Ağdam klubu son turlardakı uğursuz gedişata son qoymağa çalışacaq. “Neftçi” isə avrokuboklara vəsiqə qazanmaq üçün əzəli rəqibini məğlub etmək məcburiyyətindədir. 71 xalı olan “Qarabağ” çempionluğu hələ bir neçə tur öncə təmin edib. “Neftçi” isə 50 xalla üçüncü sıradadır.

“Qarabağ” və “Neftçi” indiyə qədər çempionatda 94 oyunda üz-üzə gəliblər. Ağdam klubu indiyə qədər 40, paytaxt təmsilçisi 23 qələbə qazanıbsa, 31 görüş bərabərliklə bitib. “Neftçi” son 11 görüşdə qələbə qazanmayıb. “Qarabağ” ardıcıl 4 qarşılaşmada qalib gəlib.

Premyer Liqa
33-cü tur
4 may

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azersun Arena”, 19:30.

5 may

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

6 may

“Səbail” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 19:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5733
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5711
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
986
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
898
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
869
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
836
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
500
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
323
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
289
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
279
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
221
Arda Gülər dayanmır, yenə fərqləndi -
155
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
141
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
139
Arda dubl etdi - VİDEO
135
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
123
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
116
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
105
“Mançester Siti” İngiltərə çempionu olub
104