AZ

Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşdü

Gürcüstanda yeniyetmələrin olduğu avtomobil çaya düşüb.   Manset.az  APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb. Bildirilib ki, içində 3 yeniyetmə olan avtomobil ötən gün Mestia munisipalitetinin Nakra kəndi yaxınlığında Enquri çayına düşüb.

"Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri cəlb olunub, çox sayda yerli əhali də iştirak edir", - deyə qurumun nümayəndəsi Nino Vibliani bildirib.

Seçilən
57
5
manset.az

6Mənbələr