AZ

Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşdü

Gürcüstanda yeniyetmələrin olduğu avtomobil çaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, içində 3 yeniyetmə olan avtomobil ötən gün Mestia munisipalitetinin Nakra kəndi yaxınlığında Enquri çayına düşüb.

"Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri cəlb olunub, çox sayda yerli əhali də iştirak edir", - deyə qurumun nümayəndəsi Nino Vibliani bildirib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
5
milli.az

6Mənbələr