AZ

AFFA Birinci və İkinci Liqa klublarını də cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqa və İkinci Liqa ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Birinci Liqanın 24-cü turunun oyunları ilə bağlı bu qərarlar çıxarılıb:

Birinci Liqa, 24-cü tur

“Karvan” – “İmişli” oyununun birinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Yevlax klubu 80 manat cərimə edilib. “Karvan”ın isinmə hərəkəti edən futbolçuları matçın gedişində topla məşq etdiyinə görə Yevlax klubu 50 manat cərimə edilib. Topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə Yevlax klubu 50 manat cərimə edilib.

“Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə aldığına görə Zaqatala klubu 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Zaqatala klubu 80 manat cərimə edilib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Şamaxı klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Araz Saatlı” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Qaradağ Lökbatan” 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

İkinci Liqa, 23-cü tur

“Lerik” – “Kürmük” oyununda “Lerik”in futbolçusu Hafiz Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Lerik” 50 manat cərimə edilib.

“Şəmkir” – “Göygöl” oyununda “Göygöl”ün futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Göygöl” klubu buna görə 300 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Şəki Siti” – “Cəbrayıl” oyununda “Şəki Siti” matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə Şəki klubu 100 manat cərimə edilib. “Şəki Siti”nin futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Şəki klubu 300 manat cərimə edilib. “Şəki Siti”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Şəki klubu 100 manat cərimə edilib.

“Şəfa” – “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Ağdaş” – “Qusar” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomibilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matç 8 dəqiqə gec başladığı üçün “Ağdaş” klubu 100 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Füzuli” oyunu bitdikdən sonra stadionun dəhlizinə “A buraxılışı” vəsiqəsi olmayan şəxslər daxil olduğuna görə Qusar klubu 50 manat cərimə edilib. “Füzuli”nin 7 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Füzuli”nin futbolçusu Əziz Hüseynov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Füzuli” klubu buna görə 300 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
arena.az

8Mənbələr