AZ

AFFA Birinci və İkinci Liqalarla bağlı qərarlarını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci və İkinci Liqalardakı qayda pozuntularına hüquqi qiymət verilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İclasda Birinci Liqanın 21-ci, İkinci Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci Liqa, 21-ci tur

“İmişli” – “İrəvan” oyununda “İrəvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimələnib.

“Karvan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə Yevlax klubu 50 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Karvan” 100 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib. Oyun bitdikdən sonra qonaq komandanın futbolçusu tərəfindən stadionun əmlakına vurulmuş zərər MOİK tərəfindən ödəniləcək.

“Şamaxı” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” 80 manat cərimələnib.

İkinci Liqa, 20-ci tur

“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” 70 manat cərimələnib. Oyun bitdikdən sonra “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Kür-Araz” buna görə 200 manat cərimələmin. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” 50 manat cərimə edilib. “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimələnib. Oyun bitdikdən sonra “Dinamo”nun futbolçusu Elxan Zeynalabdinzadə rəqibi yumruqla vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klunu 300 manat cərimələnib.

“Füzuli” – “Şəki Siti” oyununda “Füzuli”nin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

“Göygöl” – “Baku Sportinq” oyununda “Göygöl”ün futbolçusu Çingiz Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimələnib.

“Kürmük Qax” – “Ağdaş” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” 70 manat cərimə edilb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
arena.az

8Mənbələr