AZ

Sabahın hava proqnozu açıqlandı

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalıvar.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14°,gündüz 18-23° olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civəsütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılıolacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterliintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıqərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəziyerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 11-15°, gündüz 16-21°, dağlarda gecə4-8°, gündüz 8-13° olacaq.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
26
Mənbələr
Şərh ()
Bağla