AZ

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bakı, 3 may, AZƏRTAC

Mayın 2-də Xətai Rayon Polis İdarəsinin əməkdaşları metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə keçirdikləri tədbirlər nəticəsində 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Saxlanılan şəxslər barədə araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
14
azertag.az

10Mənbələr