AZ

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Əhmədli”

Mayın 2-də Xətai Rayon Polis İdarəsinin əməkdaşları metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə keçirdikləri tədbirlər nəticəsində 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Saxlanılan şəxslər barədə araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
14
1news.az

10Mənbələr