AZ

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku başlayıb

Image

Bu gün Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna start verilib. Milli Gimnastika Arenasında təşkil edilən yarışda 37 ölkəni təmsil edən 160 idmançı bacarığını nümayiş etdirir.

Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Üçgünlük kubokun proqramına əsasən böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparırlar. Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə yarışacaqlar.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
8
baki-xeber.com

10Mənbələr