AZ

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Aprelin 3-də Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna start verilib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 37 ölkəni təmsil edən 16 idmançı bacarığını nümayiş etdirir.

Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Üçgünlük kubokun proqramına əsasən, böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparırlar. Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə yarışacaqlar.

Avropa Kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək. Qaliblərə medal və hədiyyələrlə yanaşı pul mükafatı da veriləcək. Çarpaz qarşılaşmalarda qalib 8, ikinci yeri tutan 5, üçüncü yeri tutan 3, dördüncü yeri tutan 2, 5-8-ci yerləri tutanların hər biri 1, 9-16-cı yerləri tutanların hər biri 5 avro qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib 5, gümüş medal qazanan 35, bürünc medalçı 25 avronun sahibi olacaq. Gənc yaş qruplarının yarışında komanda hesabında qalibi 13, ikinci yeri tutanı 1 və üçüncü yerin sahibini isə 7 avro gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
8
korrespondent.az

10Mənbələr