AZ

Bakıda İnformşuranın XXXI iclası keçiriləcək

Bu gün Bakıda MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXXI iclası keçiriləcək.

Publika.az xəbər verir ki, iclasda tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri, eləcə də növbəti il Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunmasına hazırlıqla bağlı peşəkar qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.

Görüşdə MDB-nin inteqrasiya birliyi kimi möhkəmləndirilməsi, Birlik çərçivəsində iqtisadi, mədəni və humanitar qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mövzuların işıqlandırılmasında əməkdaşlığın müzakirəsi də diqqət mərkəzində olacaq.

İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
12
Mənbələr
Şərh ()
Bağla