AZ

Qarajda yaşayan evsiz təqaüdçü Makronu hədələdi: Bu cəza verildi

Fransada məhkəmə 76 yaşlı təqaüdçünü bu ölkənin prezidenti Emmanuel Makronu və onun həyat yoldaşını hədələdiyi üçün 6 ay həbs cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumata görə, təqaüdçü vətəndaşlara sosial xidmət mərkəzinin əməkdaşları vasitəsilə məktub göndərib, orada prezidentin və onun həyat yoldaşının boğazını dişləməyə çağırıb, məktuba müvafiq məzmunlu foto kollaj da əlavə edib. O, həmçinin Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı Makronu təhdid edə biləcək risklərdən yazıb. Təqaüdçünün vəkili isə qeyd edib ki, yuxarıdakı məktub mahiyyət etibarı ilə xeyli maddi sıxıntısı olan və sosial mənzil ala bilməyən, bu səbəbdən qarajda yaşamaq məcburiyyətində qalan qocanın kömək çağırışıdır. Təqaüdçü onu da bildirib ki, heç kimə zərər vermək niyyətində deyil və belə olsaydı, məktubu Yelisey sarayına göndərməzdi. Bununla belə, məhkəmə bu təminatları inandırıcı hesab etməyərək prokurorluğun vəsatətini təmin edib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
5
Mənbələr
Şərh ()
Bağla