AZ

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında üç avtomat silahı, beş qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, beş patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan beş ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Seçilən
135
28
Mənbələr
Şərh ()
Bağla