AZ

DİN: Ötən gün könüllü olaraq 2 avtomat silahı və 2 tüfəng təhvil verilib

DİN:

Bakı, 15 may, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 3 patron darağı və 179 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança və 1 tüfəng aşkarlanaraq götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
23
azertag.az

10Mənbələr