AZ

Braziliyada daşqınlar: 8 ölü, 21 itkin 

Braziliyanın Rio Qrande-du-Sul əyalətində leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. 

Bakıvaxtı.az "İHA"ya istinadən bildirir ki, ştatın 100-dən çox şəhəri daşqından zərər çəkib. Səlahiyyətlilər daşqın nəticəsində 1400-dən çox insanın təxliyə edildiyini bildirib. 

Güclü yağışların davam edəcəyi ehtimalı ilə əlaqədar olaraq ştatda daşqın riski xəbərdarlığı edilib.

Ştat qubernatoru Eduardo Leite açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib. 

O bildirib ki, hökumət itkin düşənlərin  tapılması və risk altında olan ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün müvafiq addımlar atacaq.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
bakivaxti.az

3Mənbələr