AZ

Braziliyada daşqın nəticəsində 8 nəfər ölüb

Braziliyanın Rio Qrande-du-Sul ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. 1400-dən çox insanın təxliyə edildiyini bildirib. Bir çox avtomobili sel suları aparıb.

Ştat qubernatoru Eduardo Leite açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və hökumətin itkin düşənlərin yerinin müəyyən edilməsi və risk altında olan ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün çalışdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
operativmm.az

3Mənbələr