AZ

Ölkənin ikinci böyük elektrik stansiyası təmir edilir

Bakı. Trend:

Enerji effektivliyinin artırılması, atmosferə atılan karbonemissiyasının azaldılması, yeni yaradılan bərpa olunan enerjimənbələrinin enerjisistemə inteqrasiyasının balanslaşdırılması,ölkənin enerji sisteminin etibarlılığının və dayanıqlılığınınqorunaraq möhkəmləndirilməsi üçün ölkənin ikinci böyük elektrikstansiyası olan, Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq“Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləriaparılır.

"Azərenerji"dən Trend-ə bildirilib ki, texniki-iqtisadi göstəricilərinyaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçünanaloji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” ElektrikStansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq“Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür.

Qaz turbinində, generatorda, transformatorlarda, ötürməxətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılantəmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasınınvə “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı istehsalçı“Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyatakeçirir. Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqlarıntətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha dayüksələcək.

Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qramşərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməkləyanaşı, karbon emisiyasın azalmasına səbəb olacaq.

Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geriburaxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrikstansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləriaparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” ElektrikStansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ənyüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdəqərarlaşıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
az.trend.az

10Mənbələr