AZ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv MəsələləriKomissiyasının növbəti iclası keçiriləcək.

Trend xəbər verir ki, toplantıda Komissiyaya daxil olan digərmüraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılanmüraciətlərin sayı 300-ü ötüb.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiyaaktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkumedilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunmasıhaqqında sərəncam imzalanıb.

Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxsazadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etməcəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdanməhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığınməhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərtiməhkum edilmiş şəxslər) azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
34
Mənbələr
Şərh ()
Bağla