AZ

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasınınnövbəti iclası mayın 22-də keçiriləcək.

Trend xəbər verir ki, toplantıda Komissiyaya daxil olan digərmüraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılanmüraciətlərin sayı 500-ü ötüb.

Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar,əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri,ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiyaaktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkumedilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunmasıhaqqında sərəncam imzalanıb.

Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxsazadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etməcəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdanməhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığınməhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərtiməhkum edilmiş şəxslər) azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
37
az.trend.az

10Mənbələr