İtaliya parlamentinin üzvü Piero Fassino “duty free”dən ətir oğurlamaqda şübhəli bilinir.
Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Romanın “Fiumicino” hava limanında baş verib.
Deputat aprelin 15-də 100 avroluq ətri oğurlayarkən müşahidə kameralarına düşüb. Ancaq o, bunu anlaşılmazlıq adlandırıb.
Deputat ona gələn zəngə görə fikrinin yayındığını və əlləri məşğul olduğu üçün ətri cibinə qoyduğunu bildirib.