AZ

İtaliyalı deputat “duty free”dən ətir oğurlamaqda şübhəli bilinir

İtaliya parlamentinin üzvü Piero Fassino Romanın “Fiumicino” hava limanında “duty free”dən ətir oğurlamaqda şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Repubblica” məlumat yayıb.

Belə ki, aprelin 15-də baş verən hadisə müşahidə kameralarına düşüb. Fassino bunu anlaşılmazlıq adlandırıb və diqqətinin yayındığını bildirib.

Ətirin qiymətinin təxminən 100 avro olduğu bildirilir.

Qeyd edək ki, 2000-ci illərdə o, Xarici Ticarət və Ədliyyə Naziri vəzifəsində çalışıb, 2011-2016-cı illərdə Turin meri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
qafqazinfo.az

3Mənbələr