AZ

Paşinyan: Qaytarılan kəndlər heç vaxt Ermənistanın olmayıb

"Delimitasiya uzun bir prosesdir. Biz Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin yenidən qurulması paketini hazırlayırıq. Proses necəsə başlamalıdır, sonra biz sahədə əldə etdiyimiz təcrübəni hansısa formatda parlamentin təsdiqinə göndərəcəyik, sonra isə bu mandata uyğun olaraq bütün prosesi davam etdirəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistanla Gürcüstan arasında delimitasiya prosesi 20 ilə yaxındır ki, davam edir. Ancaq Azərbaycanla bu, sürətləndirilməlidir. Bu prosesin olmaması yeni konfliktlərə gətirib çıxaracaq. Azərbaycana qaytarılan 4 kənd heç vaxt bizim olmayıb. Bu kəndlər Sovet Azərbaycanının tərkibində idilər", - Paşinyan bildirib.

"Dörd kəndin delimitasiyası məsələsinin həll olunmaması Azərbaycana eskalasiya üçün daha çox səbəb və imkan yarada bilər", - Paşinyan əlavə edib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
50
Mənbələr
Şərh ()
Bağla