AZ

Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb

Keniyada aprel ayında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 179 nəfər ölüb, daha 9 nəfər itkin düşüb.

Bu barədə hökumət sözçüsü İsaak Maiqua Mvaura məlumat verib.

“Dünən (3 aprel - red) davam edən daşqınlar daha 1 nəfərin ölümünə səbəb olub, bununla da ölkədə daşqın qurbanlarının sayı 179-a çatıb. Daha 2 nəfər itkin düşüb, bununla da ölkə üzrə itkin düşənlərin ümumi sayı 9 nəfərə çatıb”, - o sosial şəbəkədə yazıb.

Mvauranın sözlərinə görə, əlavə olaraq 125 nəfər daşqınlardan bu və ya digər şəkildə zərər çəkib. Həmçinin, 185 min Keniyalı evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
8
korrespondent.az

10Mənbələr