AZ

Paşinyan ləğv etdiyi diaspor strukturlarını yenidən bərpa edir- məqsəd...

Image

Qasım Hacıyev: “Paşinyan istəyir ki, diaspor yenidən Ermənistan üçün pul kisəsi rolunu oynasın və imkan düşmüşkən özü onlara barışıq əli uzadır”

Saro Xodaverdi və Vahram Çuquryan xarici ölkələrdə diasporla iş üzrə müvəkkil təyin ediliblər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Paşinyanın bu qərarı xeyli suallar doğurub desək, yəqin yanılmarıq. Hakimiyyətə gəldiyi gündən indiyə kimi xaricdəki erməni diasporuna müharibə elan edən və onlardan da əks cavab alan Paşinyanın indiki məqamda belə bir qərar imzalaması müzakirə predmetinə çevrilib.

“Diaspor təşkilatlarını revanşistlərin yanından ayırıb öz yanına çəkmək və beləliklə, onların dəstəyi ilə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir” 

Ermənistanla, daha dəqiq desək, Paşinyanla erməni diasporu, lobbi təşkilatları arasında umu-küsü, qarşılıqlı anlaşılmazlıq mövcuddur. Belə bir vəziyyətdə Paşinyanın belə bir addım atmasının səbəblərini şərh edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şəbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanı Qərb hakimiyyətə gətirsə də, Qərbdəki, ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları bundan narazı olub. Q.Hacıyevin sözlərinə görə, vaxtilə   Ermənistan və Azərbaycan arasında nifaq yaradan, Ermənistanı torpaqlarımızın işğalına həvəsləndirən, hətta vadar edən xaricdəki erməni lobbisi və diaspor təşkilatları olub. Q.Hacıyev qeyd etdi ki, Paşinyanla erməni diaspor təşkilarlarının heç cür ulduzu barışmayıb, Paşinyan onlara, onlar da Baş nazirin qurduğu hökumətə qarşı olublar. “Xaricdəki erməni diaspor və lobbi təşkilatlarının Paşinyanın siyasəti ilə heç cür razılaşmadığı məlumdur. Paşinyanın da diaspora qarşı münasibətini bütün dünya bilir. İndiki məqamda Paşinyanın diaspor işi ilə bağlı belə bir qərar imzalaması onu göstərir ki, bu onu özbaşına etməyib. Burada bəzi ehtimallar var. Güman etmək olar ki, xaricdəki hansısa qüvvələrin təsiri ilə Baş nazir erməni lobbi və diaspor təşkilatları ilə münasibətləri düzəltmək istəyir. Bu əslində gözlənilməz deyildi. Çünki XX əsrin əvvəllərindən son zamanlara qədər erməni diaspor təşkilatları ilə Ermənistan arasında münasibətlər müxtəlif cür olub. Gərginləşdiyi, pozulduğu vaxtlar da olub, sonradan barışıblar. Ermənistan hökuməti ilə erməni diasporunun niyyəti birdir. Hər ikisinin məqsədi bir-birindən yararlanmaqdır. Ermənistan hər zaman diaspora pul kisəsi kimi baxıb. Araşdırmalar göstərir ki, Ermənistan dövləti hansısa ölkələrdən, beynəlxalq təşkilatlardan ianələr alırsa, təmin olunursa, həmin dövrdə diaspordan uzaqlaşır. Bu, erməni xislətindən irəli gəlir, harda xeyrləri varsa ora daha çox meyl edirlər. Ona görə də onların arasında münasibətlər çox zaman pozulur, müəyyən vaxtdan sonra düzəlir. 

Amma tarixə baxanda görürük ki, Ermənistanın, ermənilərin ən böyük dayağı, birincisi, Qriqoryan kilsəsi, ikincisi isə erməni diasporudur. Ermənilər üçün yaradılan dövlət heç zaman möhkəm, müstəqil olmayıb. XX əsrin əvvəllərində Azərbaycan ərazilərində onlara başqa dövlətlər dövlət yaradıb, o əhalini ora köçürüb gətirib, yerləşdirib, sərhədini qoruyub, iqtisadiyyatını təşkil edib. Bugünkü günə qədər Ermənistanın iqtisadiyyatı xarici dövlətlərin əlindədir, bu dövlətin taleyini də böyük imperiya həll edir. Ermənistan oyuncaq, marionet bir ölkədir, onun nə möhkəm dövlətçiliyi, nə də iradəli dövlət başçısı olub. Bütün rəhbərlərinin həmişə gözü bir tərəfdə, əli başqa bir tərəfin cibində olub. Onlar bu cür yaşayıblar. 

Dünyada 870-ə yaxın erməni diaspor təşkilatı var. Bu təşkilatlardan kənarda Ermənistan özünü sərbəst apara bilməz. Ermənistan həm istəyir müstəqil siyasət yürütsün, həm də başqa dövlətlərin imkanlarından istifadə etsin. Bir vaxtlar Rusiyanın, indi isə ABŞ-ın, Fransanın ətəyindən yapışıb. Bu dövlətlərdən istədiyini alanda Ermənistan diaspor təşkilatlarına pis sifət göstərir. Amma bu  mümkün deyil. Ona görə ki, erməni diaspor təşkilatları Ermənistan dövlətindən qat-qat güclüdür. Onlar başqa dövlətlərin içərisində özlərinə yer edib gücləniblər. Yəni erməni diaspor təşkilatları böyük dövlətlərin maraq və mənafelərinə xidmət etdikləri üçün onlara şərait yaradırlar, onlar da  o böyük dövlətlərdən ermənilərin xeyrinə Ermənistandan çox istifadə edirlər”. 

Q.Hacıyev bildirdi ki, Paşinyanın belə bir addım atmasının arxasında mütləq mənada məkrli planlar dayanır, o, diaspor təşkilatlarından dəstək almağa çalışır. “Ermənistandakı mövcud vəziyyət artıq nəzarətdən çıxıb, eyni zamanda da ölkə daxilində revanşizim meylləri güclənib. Bu revanşizm meyllərinin güclənməsinin arxasında erməni kilsəsi və diaspor izlərinin olması şübhəsizdir. Paşinyan diaspor təşkilatlarını revanşistlərin yanından ayırıb öz yanına çəkmək və beləliklə, onların dəstəyi ilə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir. O, diaspordan dəstək almaq niyyətindədir. Bundan başqa, Ermənistan iqtisadi cəhətdən də çöküb və yeni pullar, yeni ianələr lazımdır. Paşinyan çalışır ki, diaspor yenə də Ermənistana maddi yardımlar göndərsin. Bilirsiz ki, diaspor Paşinyan hökumətini müxtəlif məqsədlər üçün ölkəyə göndərilən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edir ki, Baş nazir diasporun göndərdiyi pulları yeyir. Ermənistan müftəxorluq edərək həmişə diasporun verdiyi ianə, başqa dövlətlərin ayırdığı vəsait hesabına yaşayır. Bu mənada Paşinyan istəyir ki, diaspor yenidən Ermənistan üçün pul kisəsi rolunu oynasın və imkan düşmüşkən özü onlara barışıq əli uzadır. Paşinyanın daxili və xarici siyasəti riyakarlıqla “zəngindir”. Yaşayaq, görək, Ermənistan bu riyakar siyasətlə hara qədər gedib çıxacaq”-deyə Q.Hacıyev fikrini tamamladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq