AZ

ABŞ-dakı sanksiya oyununda erməni izinin İFŞASI – Daxildəki satqınlar niyə düşmən layihəsini ALQIŞLAYIR?

Nədənsə bizdəki bəzi müxaliflərin çağırışları və fikirləri çox zaman ermənilərin iddiaları ilə üst-üstə düşür. Nə təsadüfdürsə ermənilərin sevindiyi, hətta bayram kimi qeyd etdiyi məsələlərə bizim bəzi “soydaş”larımız da eyni münasibəti göstərir. 

“Müxalifətçilər”in ermənilərlə ortaq maraqları

Son baş verənlər də sübut edir ki, bizim “müxaliflər”imizlə ermənilər eyni mərkəzdən, yəni okeanın o tayından idarə olunurlar. Ona görə də hər iki tərəf eyni tezislə hərəkət edir. Maraqlıdır ki, hər iki tərəf tezisdə deyilənləri özlərinin uğuru kimi təqdim edirlər. Məsələn, bir müddət əvvəl ermənilər hay-küy saldılar ki, ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. 

Bu xəbərdən az sonra isə bizim “müxalifətçilər”imiz də ortaya atıldılar ki, ABŞ Azərbaycan qarşı yeni tədbirlər və təzyiqlər planı hazırlayıb. Hətta dedilər ki, Qubad İbadoğlunun ev dustaqlığına buraxılması da bunun bir göstəricisidir. 

Ötən günsə hər şey ortaya çıxdı. Məlum oldu ki, “müxaliflər”in sevinclə qeyd etikləri məsələ bir erməni layihəsidir. Belə ki, Amerika Erməni Assambleyası sözügedən mövzu ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, assambleyanın təşəbbüsü və maliyyə dəstəyi ilə konqresmenlər - Demokrat Dina Titus və Respublikaçı Qus Bilirakis  Azərbaycana qarşı sanksiyalara toxunan ikitərəfli qanun layihəsinin Konqresə təqdim edib.

Konqresmenlər nə deyir?

İki konqresin təqdim etdiyi “Azərbaycan sanksiyalarına baxış Aktı”nda  Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağa hərbi “hücumu”,” humanitar böhran”a səbəb olan Laçın dəhlizinin 10 aylıq “blokadası”, Qarabağ ermənilərinin “məcburi köçkünləşməsi”, Azərbaycanın erməni əsirlərinin saxlanmasında və “işgəncələrin davam etdirilməsi”ndən bəhs edilir. Təbii ki, amerikalılar sevdikləri məqamı, “insan hüquqlarının pozulması”nı da sənəddə qeyd ediblər.

Göründüyü kimi “Azərbaycan sanksiyalarına baxış Aktı” heç bir reallığa söykənməyən, sırf anti-Azərbaycan ruhunda hazırlanmış bir sənəddir. Əslində, ermənilərin hazırladığı sənəddən də bundan artığını gözləmək ağılsızlıq olardı. Di gəl ki, ermənilərin hazırladığı sənədin içimizdəki “şeytan”ların hansı işinə yaradığını anlamaq xeyli çətindir. 

Ola bilsin ki, Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar - ərazi bütövlüyünün və suveren hüquqların bərpası, eləcə də regionun aparıcı aktoruna çevrilməsi həmin “müxaliflər”in xoşuna gəlmir. Ona görə də onlar Azərbaycan dövlətinə, Azərbaycan xalqına düşmən gözündə baxırlar. Məhz bu səbəbdən də məşhur “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edirlər. 

“Müxalifətçilər” nədən narahatdır?

Azərbaycanın regional gücə çevrilməsi, beynəlxalq platformalarda qazanılan uğurlar daxili düşmənlərin heç də xoşuna gəlmir. Onların gözünü nifrət o qədər tutub ki, hətta ermənilərlə eyni mövqedən çıxış etməkdə belə heç bir qüsur görmürlər.

Amma “Azərbaycan sanksiyalarına baxış Aktı”na sevinən “soydaşlarımız”a xatırladırıq ki, ortada hələki sevinməli bir şey yoxdur. Bu Akt olsa-olsa bir yığın kağız toplusudur və onun heç bir hüquqi əsası yoxdur. Çünki bu cür sənədlərin qəbul edilməsi proseduru uzunmüddətlidir və təcrübə göstərir ki, adətən belə təşəbbüslər qısa müddətdə gündəmə gəlir, daha sonra aradan qalxır. 

Məsələyə əvvəlcə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində baxılmalı, orada təsdiqlənərsə, Nümayəndələr Palatasında səsverməyə çıxarılmalıdır. Səsvermədən keçəcəyi halda Senatın Xarici İşlər Komitəsində baxılmalı, orada qəbul olunarsa, Senatda səsverməyə çıxarılmalıdır. Senat tərəfindən qəbul edilərsə, imzalaması üçün ABŞ prezidentinə təqdim edilməlidir.
Bu məsələdə diqqət çəkən əsas məqamlardan biri də ermənilərin Azərbaycanın ərazi bütövlüyü üçün şücaət göstərən qəhrəmanlarımızın hədəfə alınmasıdır. Bax, bu məsələdə “müxalifət”i heç anlamaq olmur. Çünki ermənilər düşməndir, onlardan istənilən şərəfsizliyi, alçaqlığı gözləmək olar. Bəs, özünə azərbaycanlı deyən, cibində Azərbaycan pasportu gəzdirənlər niyə xalqın qəhrəmanlarını hədəfə alıblar?!

“Müxalifət”in dəstəklədiyi, alqışladığı Dina Titus və Qus Bilirakis kimdir?

Bəri başdan deyək ki, hər iki konqresmen qatı ermənipərəstdir. Konqresmen Titus ilk dəfə 1988-ci ildə Konqresə üzv seçilib və iki komitədə, Xarici Əlaqələr və Nəqliyyat və İnfrastrukturda xidmət edir. O hər zaman Azərbaycan əleyhinə çıxış edib, bir növ ermənilərə “nənəlik” edib. Sonuncu dəfə isə Kapitoli təpəsində keçirilən Erməni Soyqırımı tədbirində qanun layihəsini elan edib. Bu azmış kim o  oradan ABŞ və beynəlxalq ictimaiyyəti “ayağa qalxmağa və Azərbaycanı pisləməyə” çağırıb:

"Biz soyqırımı niyyəti ilə etnik təmizləmə haqqında yüksək səslə danışmalı və əlimizdə olan hər vasitə ilə Azərbaycanın niyyətinə son qoymalıyıq".

Bax, “müxalifətçilər”in dəstəklədiyi Titus Azərbaycan haqqında belə sərsəm və cəfəng fikirlər səsləndirir. 

Heç Qus Bilirakis də həmkarından geri qalan deyil. O Konqresdəki erməni fraksiyasının ən fəal üzvlərindən biridir. Təsadüfi deyil ki, adı çəkilən tədbirdə o da çıxış edib. Qus Bilirakis “Azərbaycanda insan hüquqlarının pozulması”nın bağışlanmaz olduğunu və hər kəsin erməni xalqı üçün mübarizə aparmaq “öhdəliyi və məsuliyyəti” olduğunu vurğulayıb.

Təsadüfi deyil ki, Amerika erməni assambleyanın Konqreslə Əlaqələr üzrə direktoru Mariam Haloyan  konqresmenlər Titus və Bilirakis qanunvericilik təşəbbüsünü yüksək qiymətləndirib.

Bir daha diqqət edin: İki konqresmenin qanunvericilik təşəbbüsünə kimlər sevinir? Ermənilər və bizim “müxalifəçilər”.

Bura isə sözün bitdiyi yerdir...

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
bizim.media

10Mənbələr