AZ

Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin görüşü keçirilib

Özbəkistana işgüzar səfərimiz çərçivəsində energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə - Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsində iştirak etdik.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda məlumat verib.

"Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesindən irəli gələn məsələlərin icrası, region ölkələrinin enerji sistemlərinin inkişafının koordinasiyası və yaşıl enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
4
vergiler.az

5Mənbələr