AZ

Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisi ixrac oluna bilər

"Özbəkistana işgüzar səfərimiz çərçivəsində energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə - Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsində iştirak etdik". 

Bunu X sosial şəbəkəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesindən irəli gələn məsələlərin icrası, region ölkələrinin şenerji sistemlərinin inkişafının koordinasiyası və yaşıl enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
4
marja.az

5Mənbələr