AZ

“Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusunda seminar keçirilib

Bakı. Trend:

Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının(ARVK) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgətəşkilatçılığı ilə “Silahlı münaqişə kontekstində saxlanılanşəxslərin statusu” mövzusunda seminar keçirilib.

Seminarda ARVK-nın sədri Anar Bağırov, BQXK-nın Azərbaycandakınümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Ahmed Zaruq,Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru,professor Əmir Əliyev, Vəkil Bürolarının müdirləri, vəkillər, ocümlədən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin hüquq müşaviriJalə Əzizova və digər şəxslər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağıroviştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Sədrbəzi dövlətlər arasındakı münasibətlərdə gərginlik, silahlımünaqişə, konflikt ocaqlarının çoxalması, həmçinin, müharibələrintəşkilində və aparılmasında istifadə olunan texnikanın inkişafımüharibələrin dağıdıcılıq gücünü daha da artırdığını bildirərək,bunun da son dövrlərdə daha çox mülki əhalinin silahlımünaqişələrin qurbanlarına çevrilməsinə gətirib çıxardığınıvurğulayıb.

Anar Bağırov təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan da uzunmüddət münaqişəyə cəlb olunub, insanlar çox əziyyət çəkib, bu zamanhumanitar hüququn normaları kobud şəkildə pozulub.

Sədr diqqətə çatdırıb ki, istər sülh dövründə, istərsə dəsilahlı münaqişə və ya müharibə dövründə insan hüquq vəazadlıqlarının təminində, onların müdafiəsində, bu sahədə olanproblemlərin ədalətli həllinə nail olunmasında fundamental dayaqrolunu oynayan müstəqil vəkillik təsisatının mühüm yeri vardır.Vəkillik institutu hüquqi dövlət quruculuğunda insan hüquqlarınınmüdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində əsasrollardan birini oynayır. Azərbaycan vəkilliyi ədalətin və insanhüquq və azadlıqlarının qoruyucularından biri kimi həbsdə olan hərbir şəxsə beynəlxalq humanitar hüququn tələb etdiyi hörmət vəədalətlə rəftarın təmin edilməsində dəstək olmalıdır.

Vəkillər Kollegiyasının bu sahədə bir sıra qurumlarla səmərəliəməkdaşlıq etdiyini söyləyən sədr BQXK-nın Azərbaycandakınümayəndəliyini xüsusilə vurğulayıb, son illər Komitənin gördüyüişlərdən, hər iki qurum tərəfindən təşkil edilən tədbirlərdəyüzlərlə vəkilin iştirak etməsindən danışıb.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin müdafiə işləri üzrəkoordinatoru Ahmed Zaruq açılış nitqində iştirakçılarısalamlayaraq, qonaqlara minnətdarlığını bildirib, seminarın ondanötrü xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Professor Əmir Əliyev çıxışında beynəlxalq humanitar hüququnəhəmiyyətindən bəhs edib, bu sahədə beynəlxalq və milli hüququnqarşılıqlı nisbət məsələsini təhlil edib, o cümlədən fəaliyyətinəgörə Komitəyə təşəkkürünü dilə gətirib.

Sonra Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahəHüseynova BQXK və onun fəaliyyəti barədə məlumat verib, JaləƏzizova isə beynəlxalq humanitar hüququn saxlanılan şəxslərəmünasibətdə müəyyən etdiyi öhdəliklər barədə məruzə ilə çıxış edib.Eyni zamanda, seminar iştirakçıları BQXK-nın saxlanma yerlərininfəaliyyəti barədə də məlumatlandırılıb.

Seminarın sonunda vəkillərin sualları cavablandırılıb vəiştirakçılar sertifikatlarla təltif edilib.

“Silahlı
“Silahlı
“Silahlı
“Silahlı
“Silahlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
7
az.trend.az

8Mənbələr