AZ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda sülh və qlobal təhlükəsizliklə bağlı plenar sessiya keçirilib

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel iclas başa çatıb.

“Report” xəbər verir ki, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos çıxışında BMT-də ali nümayəndə təyin olunduğu zaman mandatının zorakı ekstremizmin aradan qaldırılması ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu mövzuda keçirilən görüşlərdə müəyyən bəyanatlar verildiyini görüb.

“Biz lazımi alətlər hazırlamalıyıq ki, insanların beynini dəyişək. Bunu isə gənclər etməlidir. İnanmalısınız ki, daha yaxşı dünya qurmaq mümkündür. Bu sahədə uğurlu olan həmkarlarımız var. Əvvəlcə biz bəşəriyyəti qorumalıyıq. Hesab edirəm ki, yaşıl cəmiyyət qurmaqdansa, çoxrəngli cəmiyyət qurmağa üstünlük vermək lazımdır. Biz birlikdə işləməliyik ki, paralel olaraq bəşəriyyəti və cəmiyyəti qoruyaq”, - deyə o bildirib.

Nifrətə qarşı Xəbər Nəsli təşkilatının üzvü Hana Mibida çıxışında Paris ətrafında kiçik qəsəbədən gəldiyini bildirib. O qeyd edib ki, təhsil aldığı məktəblərdə zorakılıq mövzusunda təlimlər keçirilməyib.

“Biz nifrətin nəticələri və cəmiyyətə təsirlərini öyrəndik. Gənc iştirakçılar olaraq Nyu-Yorkda BMT-nın qərargahına getdik və sənədli film hazırladıq. Nifrətə qarşı layihəyə 2001-ci ildə qoşulub. Layihə jurnalistlərlə olan təlimlərdən ibarət idi. Biz qadınlara qarşı nifrət, zorakılıq, ekstremizm mövzusunda təlimlər keçirdik.

“Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması” proqramının üzvü Atif Rəşid çıxışında Qəzza zolağında baş verən müharibədə BMT-nin sülh quruculuğu prosesində diplomatik əlaqələr qurmağı təmin etməsini tövsiyə edib

“Bu məsələdə BMT Təhlükəsizlik Şurasının da rolu böyükdür. Hazırda vəziyyət olduqca mürəkkəbdir. Dinlərarası dialoqun qurulması da bu məsələdə əsasdır. Burda ümid dolu bir atmosfer yaradılmalıdır” - deyə A.Rəşid vurğulayıb.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, COP28 zamanı yaradılan bu qrupun əsas məqsədlərindən biri də gənclərin və xüsusilə uşaqların hüquqlarını və qanunla müdafiəsini təmin etməkdir: “Biz gənclər olaraq planetin iqlim təhlükəsizliyini təmin etmək üçün birləşməliyik. Qlobal iqlim dəyişikliyi hər kəsə təsir edir, xüsusilə səhiyyə və ətraf mühitə dəymiş böyük ziyanın qarşısını almaq üçün çalışmalıyıq. Çünki planetimizin xilası hər kəsin xilası deməkdir. COP29-da bizim əsas məqsədimiz gənclərin səsinin eşidilməsi, onların ətraf mühitin qorunmasına verə biləcək töhfəni dəstəkləməkdir. Biz cəmiyyətin digər qrup nümayəndələrinin də səsinin eşidilməsi üçün çalışırıq”, - deyə COP29-un İqlim üzrə gənclər çempionu vurğulayıb.

Qlobal idman proqramının üzvü Grasiyan Mkandavire deyib ki, gəncləri daha çox dəstəkləmək, onların potensialını artırmaq lazımdır.

Digər panel üzvləri də çıxışlarında zorakılıq və ekstremizmə qarşı mübarizə ilə bağlı təcrübələrini və təkliflərini tədbir iştirakçıları ilə bölüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
oxu.az

6Mənbələr