AZ

“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib

Bakı. Trend:

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VIÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və qlobaltəhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel iclas başaçatıb.

Trend xəbər verir ki, BMT Baş katibinin Sivilizasiyalar Alyansıüzrə ali nümayəndəsi Migel Moratinos çıxışında BMT-də ali nümayəndətəyin olunduğu zaman mandatının zorakı ekstremizmin aradanqaldırılması ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki,bu mövzuda keçirilən görüşlərdə müəyyən bəyanatlar verildiyinigörüb.

“Biz lazımi alətlər hazırlamalıyıq ki, insanların beyninidəyişək. Bunu isə gənclər etməlidir. İnanmalısınız ki, daha yaxşıdünya qurmaq mümkündür. Bu sahədə uğurlu olan həmkarlarımız var.Əvvəlcə biz bəşəriyyəti qorumalıyıq. Hesab edirəm ki, yaşılcəmiyyət qurmaqdansa çoxrəngli cəmiyyət qurmağa üstünlük verməklazımdır. Biz birlikdə işləməliyik ki, paralel olaraq bəşəriyyətivə cəmiyyəti qoruyaq”, - deyə o bildirib.

Nifrətə qarşı Xəbər Nəsli təşkilatının üzvü Hana Mibidaçıxışında Paris ətrafında kiçik qəsəbədən gəldiyini bildirib. Oqeyd edib ki, təhsil aldığı məktəblərdə zorakılıq mövzusundatəlimlər keçirilməyib.

“Biz nifrətin nəticələri və cəmiyyətə təsirlərini öyrəndik. Gənciştirakçılar olaraq Nyu-Yorkda BMT-nın qərargahına getdik vəsənədli film hazırladıq. Nifrətə qarşı layihəyə 2001-ci ildəqoşulub. Layihə jurnalistlərlə olan təlimlərdən ibarət idi. Bizqadınlara qarşı nifrət, zorakılıq, ekstremizm mövzusunda təlimlərkeçirdik.

“Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması”proqramının üzvü Atif Rəşid çıxışında Qəzza zolağında baş verənmüharibədə BMT-nin sülh quruculuğu prosesində diplomatik əlaqələrqurmağı təmin etməsini tövsiyə edib

“Bu məsələdə BMT Təhlükəsizlik Şurasının da rolu böyükdür.Hazırda vəziyyət olduqca mürəkkəbdir. Dinlərarası dialoqunqurulması da bu məsələdə əsasdır. Burda ümid dolu bir atmosferyaradılmalıdır” - deyə A. Rəşid vurğulayıb.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki,COP-28 zamanı yaradılan bu qrupun əsas məqsədlərindən biri dəgənclərin və xüsusilə uşaqların hüquqlarını və qanunla müdafiəsinitəmin etməkdir: “Biz gənclər olaraq planetin iqlim təhlükəsizliyinitəmin etmək üçün birləşməliyik. Qlobal iqlim dəyişikliyi hər kəsətəsir edir, xüsusilə səhiyyə və ətraf mühitə dəymiş böyük ziyanınqarşısını almaq üçün çalışmalıyıq. Çünki planetimizin xilası hərkəsin xilası deməkdir. COP29-da bizim əsas məqsədimiz gənclərinsəsinin eşidilməsi, onların ətraf mühitin qorunmasına verə biləcəktöhfəni dəstəkləməkdir. Biz cəmiyyətin digər qrup nümayəndələrinində səsinin eşidilməsi üçün çalışırıq” - deyə COP29-un İqlim üzrəgənclər çempionu vurğulayıb.

Qlobal idman proqramının üzvü Grasiyan Mkandavire deyib ki,gəncləri daha çox dəstəkləmək, onların potensialını artırmaqlazımdır.

Digər panel üzvləri də çıxışlarında zorakılıq və ekstremizməqarşı mübarizə ilə bağlı təcrübələrini və təkliflərini tədbiriştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobaltəhlükəsizlik naminə dialoq” mövzusunda VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.Prezident İlham Əliyev Forumun açılış mərasimində nitqsöyləyib.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-ninSivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nuntərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən700 mötəbər qonaq iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, diniliderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupadaxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsiləsülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün biraraya gəliblər.

Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaqmövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəniirsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatəedir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azadedilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbirçərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyalarınkeçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanınişğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciətüçün bir platforma yaratmaq fürsətidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
az.trend.az

6Mənbələr