AZ

“Azəripək” MMC-nin ixrac gəlirləri azalıb

2024-cü ilin yanvar-martında "Azəripək” MMC 291.8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu da illik müqayisədə gəlirləri 16.4% azdır.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın aprel sayında bildirilib.

2023-cü ilin eyni dövründə isə "Azəripək”in ixracdan gəliri 349.2 min ABŞ dolları olub. 
 
2022-ci ilin ilk 8 ayı ərzində "Azəripək" MMC 1,3 milyon dollar dəyərində məhsul ixrac edib.
 
"Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

 
Aytac Zeynalova

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
13
Mənbələr
Şərh ()
Bağla