AZ

Qurban Qurbanov Rəşad Sadıqova münasibəti haqda nə dedi?

“Rəşad Sadıqovla meydanda bir-birimizə rəqibik“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova aiddir.

O, Azərbaycan Kubokunun finalında rəqib olduqları “Zirə“nin çalışdırıcısı Rəşad Sadıqovla münasibətləri haqda danışıb:

“Çox yaxın dostuq. Amma aramızda müəllim - şagird söhbəti olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da.

Bəli, mənə “müəllim“, “hoca“ deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir.

Bu gün Rəşad özü komandanı idarə edir, özü öz düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq.

Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla