AZ

Qusarda kikboksinq üzrə şimal birinciliyi keçirilib

Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyanın, Qusar Olimpiya İdman Kompleksinin və “Şahdağ-Quba” İdman Klubunun birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində kikboksinq idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında şimal birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və Azərbaycan Kikboksinq Federasiyanın şimal bölgəsinin rəhbəri, Əməkdar məşqçi, Milli komandanın böyük məşqçisi Telman Məhərrəmov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Kikboksinq və Boks idman növləri üzrə məşqçi-müəllimlər və 170 nəfər idmançı iştirak etmişdir.

Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuşdur.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov hamını salamlayaraq yarışda iştirak edən hər bir idmançıya uğurlar diləmişdir.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları və Azərbaycan Kikboksinq Federasiyanın kubokları ilə mükafatlandırılmışlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
4
Mənbələr
Şərh ()
Bağla