AZ

Ermənistan  TikTok-u qadağan edə bilər

Ermənistan Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Akopyan parlamentdə ölkədə TikTok sosial platformasının məhdudlaşdırılması imkanlarının müzakirəsi təklifi ilə çıxış edib.


Oxu24.com xəbər  verir  ki, eyni zamanda o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin TikTok-un Avropa İttifaqında potensial bloklanması ilə bağlı bəyanatına istinad edərək, ABŞ-da da oxşar hərəkətlərin nəzərdən keçirildiyini qeyd edib

 

. Akopyan vurğulayıb ki, hətta ən demokratik ölkələr belə təhlükə yaradan kanal və şəbəkələri məhdudlaşdırmağa başlayır və bunun səbəbi çox vaxt siyasi təhlükə deyil, neqativ məzmunun yayılmasıdır.

"Əgər başqa ölkələr bu tədbirləri görürsə, o zaman bəlkə biz də bunu edə bilərik. Texniki imkanlara əmin deyiləm, çünki bunun bahalı ola biləcəyini təsəvvür edirəm, amma cəmiyyətimiz üçün təhlükə yaradan platformaların məhdudlaşdırılması barədə mütləq düşünməliyik. "- Akopyan deyib.

 

Onun sözlərinə görə, texnoloji inqilab dövlət tərəfindən məzmuna nəzarətin itirilməsinə gətirib çıxarıb, ona görə də ölkələr məzmun məhdudiyyətlərinə keçib, lakin Ermənistan bu baxımdan geri qalır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
6
oxu24.com

8Mənbələr