AZ

Ermənistan da “TikTok”-a qadağa qoymaq istəyir

Bu gün Ermənistan parlamentnin iclasında Teleradio Komissiyasının rəhbəri Tiqran Akopyan parlamentdə ölkədə “TikTok” sosial platformasının məhdudlaşdırılmasının mümkünlüyünü müzakirə etmək təklifi ilə çıxış edib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, o, ABŞ-da və Avropa İttifaqında “TikTok”-un blolanmasına oxşar addımların Ermənistanda da nəzərdən keçirildiyini qeyd edib.

Akopyan vurğulayıb ki, hətta ən demokratik ölkələr belə təhlükə yaradan kanal və şəbəkələri məhdudlaşdırmağa başlayır: “Bunun səbəbi çox vaxt siyasi təhlükə deyil, neqativ məzmunun yayılmasıdır.Əgər başqa ölkələr bu tədbirləri görürsə, o zaman bəlkə biz də bunu edə bilərik. Texniki imkanlara əmin deyiləm, çünki bunun bahalı ola biləcəyini təsəvvür edirəm, amma cəmiyyətimiz üçün təhlükə yaradan platformaların məhdudlaşdırılması barədə mütləq düşünməliyik".

Onun sözlərinə görə, texnoloji inqilab dövlət tərəfindən məzmuna nəzarətin itirilməsinə gətirib çıxarıb. Ona görə də bəzi ölkələr məzmuna məhdudiyyətlər tətbiq etməyə vadar olub, lakin Ermənistan bu baxımdan geri qalır.

“AzPolitka.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
5
azpolitika.info

8Mənbələr