AZ

Ermənistan parlamentindən delimitasiya və demarkasiyaya etiraz edənlərə SƏRT CAVAB

Ermənistan parlamenti ölkənin müxalif "Hayastan" fraksiyasının delimitasiya və demarkasiyaya dair layihəsinin müzakirəsindən imtina edib.

Day.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Hakim fraksiyanın deputatları müxalifətin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına dair layihəsinin parlamentin gündəliyinə daxil edilməsinin əleyhinə səs veriblər.

Məlumata görə, sözügedən layihə deputat Artur Xaçatryan tərəfindən təqdim olunub.

Qeyd edək ki, Ermənistan müxalifətinin demarkasiya ilə bağlı daha bir müraciəti aprelin 11-də rədd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
day.az

4Mənbələr