Bakı. Trend:
Ermənistan parlamenti ölkənin müxalif "Hayastan" fraksiyasınındelimitasiya və demarkasiyaya dair layihəsinin müzakirəsindənimtina edib.
Trend xəbərverir ki, bu barədə erməni KİV məlumat yayıb.
Hakim fraksiyanın deputatları müxalifətin Ermənistan vəAzərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasınadair layihəsinin parlamentin gündəliyinə daxil edilməsinin əleyhinəsəs veriblər.
Məlumata görə, sözügedən layihə deputat Artur Xaçatryantərəfindən təqdim olunub.
Qeyd edək ki, Ermənistan müxalifətinin demarkasiya ilə bağlıdaha bir müraciəti aprelin 11-də rədd edilib.