AZ

Yeni "Facebook" filmi gəlir

Hollivudun məşhur ssenaristi Aaron Sorkin 6 yanvar hadisəsi ilə bağlı olduğu, Facebook və ABŞ Konqresinin hücumuna məruz qaldığı yeni ssenari üzərində işləyir. 

Fins.az xəbər verir ki, Sorkin açıqlamasında deyib: “Bu barədə yazacam. 6 yanvar hadisəsində Facebook-u günahlandırıram. Səbəbini öyrənmək üçün kino bileti almalı olacaqsan".

The Hollywood Reporter xəbər verir ki, Sorkinə yaxın mənbələr Sorkinin “Sosial şəbəkə” ilə bağlı ssenari üzərində işlədiyini təsdiqləyib. Lakin layihə hələ ilkin mərhələdədir və hələ ki, bir studiya cəlb olunmayıb. Sorkinin daha əvvəl 6 yanvarla bağlı başqa bir ssenarisinin üzərində artıq işləmir.

Qeyd edək ki, Sorkin “Sosial Şəbəkə” ilə yanaşı “Qərb Qanadı”, “Bir neçə yaxşı adam”, “Moneybol” və “Stiv Cobs” kimi filmləri ilə tanınır. Rejissorluq karyerasına 2017-ci ildə Molly's Game filmində başlayan Sorkin o vaxtdan bəri "The Trial of the Chicago 7" və "Being the Ricardos" filmlərini idarə edib.

Günel Məlikzadə
Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
Mənbələr
Şərh ()
Bağla