AZ

Salah "Liverpul"dakı taleyi ilə bağlı qərar verdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah komandadakı gələcəyi ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, misirli vinger yay transfer pəncərəsində İngiltərə klubunu tərk etmək niyyətində deyil. Bu barədə jurnalist Devid Ornşteyn məlumat verib.

"Qırmızılar" Salahın ən azı bir mövsüm də komandada qalmasını istəyir. Futbolçu da bunun əleyhinə deyil.

Hücumçunun Mersisayd klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Ola bilsin ki, yeni mövsümün gedişində sözləşmə müddətinin uzadılması ilə bağlı tərəflər arasında danışıqlar aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
17
Mənbələr
Şərh ()
Bağla