AZ

Nazir Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən dövlət qurumları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

 

Qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

 

S.Babayev və Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan şəhər sakini, şəhid atası, əlilliyi olan şəxs Əliyev Nazim Rza oğlu  və Babək rayon sakini Eynalova İlahə Elman qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

 

N.Əliyev “Plastik qapı-pəncərə”, İ.Eynalova isə “Qadın gözəllik salonu” istiqaməti üzrə aktivlərlə təmin olunaraq öz təsərrüfatlarını qurublar. Onlar işsiz şəxslərin məşğulluğunun təminatı, habelə onların kiçik bizneslərini qurmaları üçün dəstək göstərilməsi istiqamətində aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Yaradılan imkandan səmərəli şəkildə  faydalanaraq öz təsərrüfat sahələrini inkişaf etdirmək üçün çalışdıqlarını vurğulayıblar.

 

Aktiv məşğulluq proqramlarından biri olan, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramı Naxçıvan MR-də də uğurla icra olunur. Bu ilin ötən dövründə muxtar respublikada daha 400-ə yaxın şəxs həmin proqram çərçivəsində aktivlərlə təmin edilərək öz təsərrüfatlarını yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9529
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7784
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1519
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1450
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1428
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1413
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
864
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
624
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
514
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
501
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
453
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
364
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
318
Arda Gülər dayanmır, yenə fərqləndi -
294
Arda dubl etdi - VİDEO
283
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
260
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
217
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
208