AZ

Cəlilabadda mal-qara oğurlayan qohumlar yaxalandılar

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a  verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

 

Cəlilabad Rayon Polis Şöbəsi  əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.

 

Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
28
senzor.az

10Mənbələr