AZ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus səkkiz baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar. Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
28
7news.az

10Mənbələr