AZ

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının nümayişi keçirilir - VİDEO

Gürcüstan parlamentinin binası qarşısında hakim “Gürcü Arzusu” partiyasının xarici agentlər haqqında qanuna dəstək nümayişi keçirilir.

Musavat.com xəbər verir ki, ilkin hesablamalara görə, aksiyada 120 mindən çox insan iştirak edib.

Qanunun əleyhdarlarından ibarət bir neçə min nəfərdən ibarət etirazçı isə Rustaveli prospektinə doğru yürüş edib.

Eturazçılar Çavçavadze prospektini bağlayıblar. “Exo of Caucasus” yazır ki, polis onların daha da irəli getməsinə mane olmağa çalışsa da, ciddi toqquşmalar baş verməyib.

Qeyd edək ki, aprelin ortalarından Tiflisdə və Gürcüstanın digər şəhərlərində “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna qarşı etiraz aksiyaları keçirilir. 

 

Musavat.com 

Seçilən
149
35
Mənbələr
Şərh ()
Bağla