AZ

Antoni Blinken və Hakan Fidandan ortaq AÇIQLAMA: "qəbuledilməzdir"

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidana Yaxın Şərqdə gərginliyin daha da artmasının qəbuledilməz olduğunu deyib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Blinken və Fidan arasında Ər-Riyaddakı görüşü şərh edərkən bildirib.Miller bildirib ki, tərəflər girovların azad edilməsinə və təcili atəşkəsə yönəlmiş səyləri müzakirə ediblər. Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.Fidan və Blinken bölgədə davamlı sülhün təmin olunması, o cümlədən tamhüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
sesqazeti.az

10Mənbələr