AZ

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - Foto

Bakının Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, “Toyota Prado” markalı, 01 CJ 733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Pərviz Elşad oğlu Muradov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
24
buta.tv

10Mənbələr